"Kamaz" avtomobillərinin satışı və servisi
"Kamaz" 1976-cı ildən fəaliyyət göstərən dünyanın iri avtomobil şirkətlərindən biridir. O, Rusiya Federasiyasında yük avtomobilləri sektorunun lideridir və bu ölkədə olan yük avtomobillərinin 50 %-ni "Kamaz" markalı yük maşınları təşkil edir.


Fəaliyyət göstərdiyi 45 il ərzində 2 milyondan çox "Kamaz" yük maşını və 3 milyondan çox mühərrik istehsal edilmişdir. "Kamaz" markası dünyanın 10 ən iri yük avtomobili istehsalçısından biridir. "Kamaz" dözümlülük, etibarlılıq və komfort sayəsində müştərilərin böyük rəğbətini qazanmışdır. "Kamaz" şirkətlər qrupuna 150-dən çox təşkilat və distribütor daxildir. "Kamaz" şirkəti texnologiyanın inkişafi sayəsində Avro-4 və Avro-5 standartlarına uyğun olaraq təkmilləşdirilmiş və yüksəkkeyfiyyətli "ABC" əyləc sistemi və yenilənmiş amortizasiya sistemi ilə yük avtomobili bazarında uğurlu inkişaf yolundadır.


"Kamaz" xüsusi texnika seriyası ilə ağır inşaat maşınları sənayesində özünəməxsusluğu ilə məşhurdur. Ən ağır işlərin öhdəsindən gəlmək üçün dizayn edilmiş şassisi, güclü və yanacağa qənaətli yeni növ mühərrikləri, sürücü üçün rahat şəraitə sahib kabin dizaynı ilə "Kamaz" xüsusi texnika seriyası yüksək texnologiyanın imkanlarını maksimum qazanca çevirməyinizi təmin edir. Bir sözlə, ağır işlərin öydəsindən gələn müxtəlif təyinatlı yük maşınları axtarirsınızsa, "Kamaz" sizi gözləyir.


Yüksək performansı sayəsində "Kamaz" 12 dəfə ən böyük ralli yarışı olan Dakar rallisində qalib olmuşdur.

 
 
 
Rəsmi nümayəndə
KAMAZIN RƏSMİ NÜMAYƏNDƏSİ

"Kamaz" 1976-cı ildən fəaliyyət göstərən dünyanın iri avtomobil şirkətlərindən
biridir. O, Rusiya Federasiyasında yük avtomobilləri sektorunun lideridir

Xidmətlərimiz
YÜKSƏK XİDMƏTİN
MƏRKƏZİ
Beynəlxalq yük daşımaları
Ölkədaxili daşımalar
“Kamaz” markalı yük avtomobillərinin
satışı
Daşınmalar
BEYNƏLXALQ YÜK
DAŞIMALARI

Biz ABŞ, Sərq-Qərb, Mərkəzi Avropa, Asiya və MDB ölkələri coğrafi istiqamətləri üzrə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tam zəmanətlə təmin edirik


 
© 2015 | BM LOGISTICS. Bütün hüquqlar qorunur.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 507/511, Altes Plaza, 2-ci mərtəbə
Tel.: (+994 12) 497 29 95