Haqqımızda


"BM Nəqliyyat" MMC 2009-cu ildən fəaliyyət göstərir."BM Nəqliyyat" şirkəti logistika xidmətləri üzrə Azərbaycanda qabaqcıl şirkətlərdən biridir. Fəaliyyətə başladığı dövrdən etibarən, daşımalar sahəsində göstərdiyi yüksək peşakarlıq və keyfiyyətli xidmətə görə şirkət bu sahədə müştərilərin böyük rəğbət və inamını qazanmışdır.

Daşımalar sahəsində 6 illik fəaliyyət tarixinin qısa bir dövr olmasına baxmayaraq, "BM Nəqliyyat" şirkəti  uzun illər daşımalar üzrə fəaliyyət göstərən digər şirkətlərdən daha keyfiyyətli, etibarlı və sığortalı xidmətlər göstərməkdədir.  Şirkətə təcrübəli mütəxəssislər və logistika üzrə beynəlxalq ekspertlər rəhbərlik edirlər. Müəssisə bir nəqliyyat şirkəti olaraq müxtəlif növ yüklərin avtomobil yolu, su nəqliyyatı, hava nəqliyyatı və dəmiryolu ilə daşımasını həyata keçirir. Yüklərin dünyanın istənilən məntəqəsinə çatdırılmasına tam zəmanət verilir.


"BM Nəqliyyat" MMC daşımalar sahəsi üzrə fəaliyyəti ilə yanaşı, həm də Rusiya Federasiyasının "Kamaz QSC" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Şirkətin balansında 162 yük avtomobili mövcuddur. 92 "Mack Trucks", 50 "Kamaz" və 20 "Man" markalı yük maşınları daima fəaliyyətə hazır vəziyyətdədirlər.

2014-cü ildən etibarən, "BM Nəqliyyat" MMC binaların tikintisi, yolların tikinti və təmir işləri üçün lisenziya almışdır.

 
 
 
Rəsmi nümayəndə
KAMAZIN RƏSMİ NÜMAYƏNDƏSİ

"Kamaz" 1976-cı ildən fəaliyyət göstərən dünyanın iri avtomobil şirkətlərindən
biridir. O, Rusiya Federasiyasında yük avtomobilləri sektorunun lideridir

Xidmətlərimiz
YÜKSƏK XİDMƏTİN
MƏRKƏZİ
Beynəlxalq yük daşımaları
Ölkədaxili daşımalar
“Kamaz” markalı yük avtomobillərinin
satışı
Daşınmalar
BEYNƏLXALQ YÜK
DAŞIMALARI

Biz ABŞ, Sərq-Qərb, Mərkəzi Avropa, Asiya və MDB ölkələri coğrafi istiqamətləri üzrə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tam zəmanətlə təmin edirik


 
© 2015 | BM LOGISTICS. Bütün hüquqlar qorunur.
Azərbaycan Respublikası, Bakı şəhəri,
Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 507/511, Altes Plaza, 2-ci mərtəbə
Tel.: (+994 12) 497 29 95